İxracatçıların nəzərinə!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 2022-ci ilin 13-17 fevral tarixlərində keçiriləcək "Gulfood 2022" beynəlxaq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası"na uyğun olaraq, müsabiqənin tarixi 25 oktyabr 2021-ci il tarixindən 27 oktyabr 2021-ci il tarixinə təxirə salınıb.

Əlavə məlumat üçün:

Aybəniz Məmişova
AZPROMO - Marketinq üzrə meneceri

Tel: +99412 5980147/48 (daxili 3620)
E-mail: aybeniz.memishova@azpromo.az

E-mail: destek@azpromo.az