COMCEC müsabiqə elan edir

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Daimi Komitəsi (COMCEC) “9th Call for Project Proposals” müsabiqəsini elan edir. Müsabiqə çərçivəsində təşkilata üzv ölkələrin dövlət qurumlarının kənd təsərrüfatı, turizm, maliyyə, yoxsulluğun aradan qaldırılması, ticarət, nəqliyyat və kommunikasiya sahələrini əhatə edən layihələri maliyyələşdiriləcək.

Ərizə qəbulu 30 sentyabr 2021-ci il tarixinədək davam edəcək. Müsabiqə barədə əlavə məlumatı cpf@comcec.org elektron poçt ünvanı vasitəsilə əldə etmək olar.

Bununla yanaşı, cari ilin oktyabr ayında “COMCEC COVID-lə Mübarizə Proqramı” çərçivəsində növbəti müsabiqə elan olunacaqdır.  Bu barədə COMCEC-in rəsmi internet səhifəsində ətraflı məlumat veriləcəkdir.