İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın energetika naziri ilə görüşüb

Moldova ilə enerji, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı Enerji Həftəsi" çərçivəsində Moldovanın energetika naziri Dorin Junqietu ilə görüş keçirib.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin perspektivləri müzakirə edilib. Enerji, ticarət, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər biznes əlaqələrinin gücləndirilməsi üçün mövcud potensialı dəyərləndirərək ikitərəfli tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.