BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini ilə görüşdə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak çərçivəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitriy Mariyasin ilə görüşüb.
Görüşdə WUF13-ün əhəmiyyəti, regional şəhərlərarası tərəfdaşlıq və həmrəylik platforması olan SPECA Şəhərlər Forumu və SPECA çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Azərbaycanın SPECA Çoxtərəfli Etimad Fonduna verdiyi töhfə və fondun fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər əməkdaşlığın inkişafına dair müzakirə aparıblar.