Sahibkarlar “Russia Halal Expo 2026” sərgisinə dəvət olunurlar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində 15 - 17 may 2026-cı il tarixlərində keçiriləcək “Russia Halal Expo 2026” sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 12 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): qida, spirtsiz içki və sənaye sahələri, təhsil və turizm xidmətləri

Müraciətlərin qəbulu aşağıda təqdim olunan XİF MN məhsul kodlarına daxil olan məhsullar üzrə həyata keçiriləcək.

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

02

Ət və qida üçün yararlı ət əlavələri

0305

Qurudulmuş, duzlu və ya duzlu suya qoyulmuş balıq; hisə verilmə zamanı və ya sonra isti emala məruz qalmış və ya qalmamış hisə verilmiş balıq

0409000000

təbii bal

08

Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları

0902300000

qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda

0906-0910

müxtəlif ədviyyatlar

1509

zeytun yağı və onun fraksiyaları, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibləri dəyişdirilmədən

16

Ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar

17

şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

1806

şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsullar

19

taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsular un qənnadı məhsulları

20

tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

2103

sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal

2201

sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar

2202

 

sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər, 2009 mal mövqeyində təsnif edilən meyvə və ya tərəvəz şirələri istisna olmaqla

24

tütün və tütün sənaye əvəzediciləri

4819

kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli kətandan hazırlanmış karton qutular, yeşiklər, qutular, kisələr, paketlər və digər qablaşdırma tarası; müəssisələrdə, mağazalarda və anoloji məqsədlərlə istifadə olunan kağızdan və ya kartondan kartoteka qutuları, məktub üçün qablar və analoji məmulatlar:

4823

forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar

50

ipək

62

Paltar və geyim ləvazimatları, maşınla və ya əllə toxunmuş trikotajdan başqa

7216911000

profillənmiş (qabırğavari çıxıntılar) təbəqələr (vərəqlər) – metal konstruksiyalar

7326909800

qara metallardan digər məmulatlar – zibil qutusu

87

Yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa, və onların hissələri və ləvazimatları

94

mebel; yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları; başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan lampalar və işıqlandırıcı avadanlıqlar; üzərində ad və ya ünvan yazılmış işıq tablo və lövhələri və analoji məmulatlar; yığma tikinti konstruksiyaları

9619008100

uşaq bələkləri və əskiləri

 

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.


Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 13 mart 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 3 mart 2026-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Orxan Mustafayev

Tel: +994 12 598 01 47/48 (daxili - 3665)
E-mail: orkhan.mustafayev@azpromo.gov.az

Digər

Məsləhətçinin ixtisasına
Sahibkarlar Saudi Food
Azərbaycan Respublikası...
Sahibkarlar "Gulfood 2026”...
Yaşanılabilən Bakı...
Məsləhətçinin İxtisasına
Azərbaycan Respublikasının
Sahibkarlar “Big 5...