2026-cı ildə vahid ölkə stendi ilə iştirak edilməsi nəzərdə tutulan beynəlxalq sərgilərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4.2.1-ci bəndinin tələbləri nəzərə alınmaqla, 2026-cı il ərzində vahid ölkə stendi ilə iştirak edilməsi nəzərdə tutulan beynəlxalq sərgilərin (və ya yarmarkaların) siyahısı təqdim edilir:

Sərginin adı

Keçiriləcək ölkə və şəhər

Tarix

1

“Gulfood”

BƏƏ (Dubay)

26-30 yanvar

2

“ProWein”

Almaniya (Düsseldorf)

15-17 mart

3

“Russia Halal Expo”

Rusiya (Kazan)

14-16 may

4

“The Saudi Food Show”

Səudiyyə Ərəbistanı (Ər-Riyad)

15-17 iyun

5

“WorldFood Moscow”

Rusiya (Moskva)

15-18 sentyabr

6

“Construct Iraq”

İraq (Ərbil)

22-25 sentyabr

7

“China International Import Expo”

Çin (Şanxay)

5-10 noyabr

Vahid ölkə stendi ilə beynəlxalq sərgilərdə iştirak üçün seçim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2018-ci il tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası”na uyğun olaraq müsabiqə əsasında həyata keçirilir.

Müsabiqədə iştirak üçün İqtisadiyyat Nazirliyinin rəsmi internet informasiya ehtiyatında dərc edilmiş elanda qeyd edilmiş məhsul kateqoriyaları üzrə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən həmin elanda tələb edilən sənədlər son sənəd qəbulu tarixinədək Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya təqdim edilməlidir.

Digər

Məsləhətçinin ixtisasına
Sahibkarlar Saudi Food
Azərbaycan Respublikası
Azərbaycan Respublikası...
Sahibkarlar "Gulfood 2026”...
Yaşanılabilən Bakı...
Məsləhətçinin İxtisasına
Azərbaycan Respublikasının
Sahibkarlar “Big 5...