İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pekində keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının 10-cu İllik Toplantısında iştirak edib, bir sıra görüşlər keçirib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinin paytaxtı Pekin şəhərində keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 10-cu İllik Toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edib.
Tədbirdə AİİB-nin 10 il ərzində əldə etdiyi nailiyyətlər, həmçinin üzv ölkələrlə Bankın gələcək fəaliyyəti barədə müzakirələr aparılıb. İllik Toplantı çərçivəsində təşkil olunan “Müdirlərin dəyirmi masası”nda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək, Bankla uğurlu əməkdaşlığı vurğulayıb. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastruktur vasitəsilə regional bazarların əlaqələndirilməsindəki rolu qeyd olunub. Bankla nəqliyyat-tranzit və logistika layihələri, həmçinin Orta Dəhliz üzrə əməkdaşlıq potensialı diqqətə çatdırılıb.
AİİB-nin 10-cu İllik Toplantısında iştirak çərçivəsində Bankın baş investisiya direktoru Konstantin Limitovski ilə keçirilən görüşdə Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyi ilə bağlı görülən işlərin əhəmiyyəti qeyd edilib. Tərəflər AİİB ilə ölkəmiz arasında həyata keçirilən layihələrin hazırkı vəziyyətini müzakirə edib, əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib