İqtisadiyyat Nazirliyində təşkil edilmiş görüşdə Avropa İttifaqı ilə ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyində Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Aİ-yə üzv ölkələri və Aİ qurumlarını təmsil edən nümayəndə heyəti iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Azərbaycan–Aİ iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarından bəhs edib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.
Həmçinin nəqliyyat-logistika bağlantılarının təkmilləşdirilməsi, Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları müzakirə olunub. Azərbaycanın yaşıl enerji üzrə potensialı, bu sahədə tərəfdaşlığın genişləndirilməsi və həyata keçirilən layihələr diqqətə çatdırılıb.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur