İqtisadiyyat Nazirliyində ABŞ ilə iqtisadi–ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kress ilə görüşüb.
Görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.
Tərəflər USTDA ilə əməkdaşlıq çərçivəsində reallaşa biləcək birgə layihələr barədə fikir mübadiləsi aparıblar. Azərbaycan-ABŞ iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) perspektivi və qarşılıqlı maraq doğuran digər əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur