"SKS Mənzil Tikinti" MMC-nin müflis elan olunması ilə əlaqədar məhkəmə baxışı keçiriləcək

"SKS Mənzil Tikinti" MMC (Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, ev.41, mənzil 23) müflis elan olunması ilə əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etmişdir. e - 2-2 (81) - 1201/2019 saylı iqtisadi işə məhkəmə baxışı 12.12.2019-cu il tarixə saat 11.30-a təyin edilmişdir. Debitor və kreditorlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edə bilərlər.

Ünvan: AZ-1022, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56.

Əlaqə telefonu: (012) 441-33-90