İqtisadiyyat naziri Mikayıl Cabbarov “Astana Beynəlxalq Maliyyə Mərkəzi”nin rəhbəri Kairat Kelimbetov ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə uğurlu əməkdaşlığı, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinin önəmini vurğulayıb.
Görüşdə ticarət, nəqliyyat–tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı, Ələt Azad İqtisadi Zonasının investisiya imkanlarının təşviqi üzrə birgə fəaliyyət imkanları diqqətə çatdırılıb.
“Astana Beynəlxalq Maliyyə Mərkəzi”nin rəhbəri Kairat Kelimbetov əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər Transxəzər dəhlizi çərçivəsində tərəfdaşlığın genişləndirilməsi, Azərbaycanın maliyyə institutları ilə “Astana Beynəlxalq Maliyyə Mərkəzi” arasında əməkdaşlıq və s. məsələləri müzakirə ediblər.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib