İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Ağdam Sənaye Parkının rezidentləri ilə görüşüb.
Görüşdə rezidentlərin infrastruktur təminatı, tikinti işləri və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, artıq Sənaye Parkının rezidentləri tərəfindən onlara ayrılmış ərazilərdə torpaq (hamarlama) işlərinə başlanılıb, avqust ayından etibarən tikinti işlərinə başlanması planlaşdırılır.
Məlumat üçün bildiririk ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyində Ağdam Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihəyə baxılır və bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib