Mingəçevir Dövlət Universitetində (MDU) "Peşəkarla görüş" layihəsi çərçivəsində "Dördüncü Sənaye İnqilabı və rəqəmsal iqtisadiyyat" mövzusuna həsr olunmuş tədbir keçirilib.
MDU-nun rektoru Şahin Bayramov müasir qlobal iqtisadiyyatda Dördüncü Sənaye İnqilabının (4SİM) və rəqəmsallaşmanın rolundan bəhs edərək, dövlət başçısının Fərmanı ilə yaradılan 4SİM-in bu sahədə ölkəmizin mövqeyinin gücləndirilməsində və aparıcı ölkələr arasında yer almasının təmin edilməsində önəmini diqqətə çatdırıb.
4SİM-in icraçı direktoru Tamerlan Tağıyev tədbir iştirakçılarına Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində prioritetlər və qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. İcraçı direktor bu sahədə müvafiq infrastrukturun və maliyyə resurslarının mövcudluğunun vacibliyi ilə yanaşı, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin və müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının zəruriliyini vurğulayıb.
4SİM-in Təhlil və monitorinq şöbəsinin rəhbəri Mehman Hüseynov smart sənayenin qurulması və üstünlükləri barədə tələbələrə məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib