İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında daha bir yeni rezident - "Az-Tex-Import" MMC qeydiyyata alınıb.
"Az-Tex-Import" MMC tərəfindən Sənaye Parkının 3 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə "IVECO" markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək.
İnvestisiya dəyəri 19,2 mln manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.
Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib