İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb.
Yeni rezident "Metkons" MMC Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalını nəzərdə tutan zavod inşa edəcək. İnvestisiya dəyəri 1,9 milyon manat olan layihə çərçivəsində 45 daimi iş yeri açılması nəzərdə tutulur.
Ağdam Sənaye Parkının digər yeni rezidenti "Prof-Dam" MMC tərəfindən dam örtüklərinin istehsalı layihəsi həyata keçiriləcək. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə qabaqcıl texnologiyaların tətbiqi ilə profilli metal təbəqə, metal plitə və sendviç panellər istehsal ediləcək. İnvestisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 40 nəfər daimi işlə təmin ediləcək.
Hər iki müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərimizin bərpasında da istifadə ediləcəkdir.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib