Aprelin 22-də İqisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında gömrük anbarlarının yaradılması məsələsinin müzakirəsi ilə bağlı videoformatda görüş keçirilib.
Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, "Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası" İctimai Birliyinin əməkdaşları, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən xarici şirkətlərin ölkəmizdəki təmsilçiləri iştirak ediblər.
Onlayn tədbirdə logistik imkanlar baxımından əlverişli mövqedə yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı haqqında məlumat verilib, Sənaye Parkında gömrük anbarlarının yaradılması məsələsi müzakirə edilib, birgə işçi qrupun təşkili və fəaliyyət planının hazırlanması qərara alınıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib