İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - "Medtest" MMC qeydiyyata alınıb. Bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.
"Medtest" MMC tərəfindən Sənaye Parkının ərazisində "Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi" həyata keçiriləcək. 20 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulan layihənin investisiya dəyəri 2,75 milyon manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.
İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib