Azərbaycan ilə “Global Infrastructure Partners” arasında əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə olunub.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Global Infrastructure Partners” arasında əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə olunub.
Müzakirələr zamanı Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika infrastrukturu və artan rəqəmsal imkanlarının beynəlxalq investisiyalar üçün yaratdığı perspektivlər diqqətə çatdırılıb.
Logistika, ənənəvi və bərpa olunan enerji, rəqəmsal infrastruktur və data mərkəzləri istiqamətində birgə investisiya imkanları nəzərdən keçirilib. Bu sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional əhəmiyyətli investisiya layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib