Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Azər Bayramov Böyük Britaniya Kralının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ticarət Komissarı David Rid ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərdə əməkdaşlıq imkanları, qeyri-neft sektorunda tərəfdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.
Görüşdə həmçinin Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları müzakirə olunub. Bu çərçivədə yerli şirkətlərin həm Bakı Fond Birjasında, həm də London Fond Birjasında təmsil olunması perspektivləri, kapital bazarlarının inkişafı və maliyyə əməkdaşlığının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur