Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.
Tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur məsələlərinə dair əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi sessiyaların təşkili, əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur