İqtisadiyyat nazirinin müavini Yevlaxda vətəndaşları qəbul edəcək

28 aprel 2026-cı il tarixində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Yevlax, Mingəçevir şəhərləri və Ağdaş rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Yevlax şəhəri, Bakı prospekti 5 ünvanında, Aran Regional İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.