İqtisadiyyat Nazirliyində “Goldman Sachs” şirkətinin nümayəndə heyəti ilə görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Goldman Sachs” şirkətinin Aktivlərin və sərvətin idarəedilməsi bölməsinin müştəri biznesi üzrə qlobal rəhbəri Met Qibsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkəmizlə şirkət arasında səmərəli tərəfdaşlıq vurğulanıb. Azərbaycanın əlverişli biznes mühiti, makroiqtisadi sabitliyi və güclü valyuta ehtiyatları fonunda investorlar üçün etibarlı tərəfdaş olduğu diqqətə çatdırılıb. Ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafı, rəqəmsal inkişaf gündəliyi barədə məlumat verilib. Qlobal çağırışlara uyğun müəyyən edilmiş iqtisadi prioritetlərin strateji investisiyalar üçün əlverişli imkanlar yaratdığı qeyd edilib.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib