İqtisadiyyat naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirib, gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nəticələr müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevlə görüşlər keçirib.
Görüşlərdə qaliblərin Mentorluq proqramı çərçivəsində fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri səriştələr, müsabiqənin karyera irəliləyişi baxımından yaratdığı üstünlüklər və yeni imkanlar müzakirə edilib.
“Yüksəliş” müsabiqəsinin qalibləri proqram müddətində keçirilən görüşlərin və iqtisadiyyatın müxtəlif istiqamətlərində aparılan müzakirələrin onların peşəkar inkişafında mühüm rol oynadığını qeyd ediblər. Görüşlərdə gəncləri maraqlandıran suallar cavablandırılıb, qazandıqları yeni bilik və təcrübələr barədə fikir mübadiləsi aparılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib