İqtisadiyyat Nazirliyində İranın Ərdəbil vilayətinin valisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
İqtisadiyyat Nazirliyində İran İslam Respublikasının Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqları salamlayan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafına xüsusi təkan verir.
Bildirilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq əlaqələri inkişaf edir. İranın Ərdəbil vilayəti ilə müxtəlif istiqamətlər, o cümlədən ticarət və investisiya üzrə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində böyük potensial var.
Tərəflər mədənçilik, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirə aparıblar.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib