“Saipem S.p.A.” şirkəti ilə enerji, infrastruktur və yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
Görüşdə ölkəmizdə enerji sektorunda aparılan genişmiqyaslı transformasiya prosesləri diqqətə çatdırılıb, “Saipem”lə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Enerji, infrastruktur və yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Tərəflər regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğulayıb, qarşılıqlı maraq doğuran layihələri müzakirə ediblər.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib