İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankı Qrupunun sədri ilə görüşdə əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar, İİB Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb. Görüşdə İİB ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən enerji, infrastruktur, şəhərsalma, kənd təsərrüfatı, su təchizatı və digər istiqamətlərdə həyata keçirilən layihələrin önəmi vurğulanıb.
Görüşdə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər müzakirə edilib. Tədbirlərin Bakıda keçirilməsinin İslam maliyyə institutları ilə tərəfdaşlığın genişlənməsinə, ölkəmizin investisiya potensialının regional və beynəlxalq miqyasda tanıdılmasına töhfə verəcəyi nəzərə çatdırılıb.
Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib