Çinlə iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Silk Road Fund”un idarəedici direktoru Deng Jinghua ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.
Vurğulanıb ki, Azərbaycan ilə Silk Road Fund arasındakı əməkdaşlıq ölkəmizin beynəlxalq maliyyə platformalarında etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, strateji infrastrukturun inkişafına və qlobal sərmayə axınının cəlbinə mühüm dəstək verir, Azərbaycanın regional və qlobal iqtisadi təşəbbüslərdə daha fəal iştirakına şərait yaradır.
Tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi və yeni investisiya təşəbbüslərinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib