Monteneqronun turizm naziri ilə görüşdə ticarət, investisiya, nəqliyyat və turizm üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Monteneqronun turizm naziri Simonida Kordiç ilə görüşüb.
Görüşdə Azərbaycanın Monteneqro ilə iqtisadi münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Şərq və Qərbin, Şimal və Cənubun strateji kəsişməsində əsas sərmayə imkanlarını araşdırmaq məqsədi daşıyan Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun bu baxımdan yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tərəflər ticarət, investisiya, nəqliyyat, turizm və qarşılıqlı maraq doğuran digər sahələr üzrə işbirliyinin gücləndirilməsi haqqında müzakirə aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib