Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji sektorların inkişafında tərəfdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Sərmayə Fondunun korporativ kreditlər üzrə direktoru Nasser Al-Attiyah ilə görüşüb.
Görüşdə Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatlar, əlverişli biznes mühiti və sərmayə imkanları barədə məlumat verilib, Azərbaycan hökumətinin xarici investorlarla əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.
Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji sektorların inkişafında tərəfdaşlıq imkanları müzakirə olunub. Xüsusilə, infrastruktur, maliyyə xidmətləri, enerji və qeyri-neft sektorunda həyata keçirilə biləcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin hər iki ölkənin iqtisadi maraqlarına uyğun xidmət edəcəyini vurğulayıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib