"MAN Truck & Bus SE" şirkətinin baş icraçı direktoru ilə görüşdə elektrik nəqliyyat vasitələri istehsalının lokallaşdırılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak çərçivəsində "MAN Truck & Bus SE" şirkətinin baş icraçı direktoru Aleksandr Vlasskamp ilə görüşüb.
Görüşdə vurğulanıb ki, Azərbaycan ekoloji təmiz və səmərəli elektrik nəqliyyat vasitələrinin yerli istehsal potensialının genişləndirilməsinə mühüm önəm verir. Bu məqsədlə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq münasibətləri gücləndirilir.
Tərəflər sənaye və ticarət sahələrində, o cümlədən elektrik nəqliyyat vasitələri istehsalının lokallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib