Çinin “Datang Overseas Investment Co” şirkətinin prezidenti ilə görüşdə yaşıl enerji və sənaye sahələrində əməkdaşlıq müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Çinin “Datang Overseas Investment Co” şirkətinin prezidenti Yuanlong Jou ilə görüşüb.
Görüşdə Azərbaycanın Çinlə iqtisadi-ticarət tərəfdaşlığına böyük önəm verdiyi vurğulanıb. Ölkəmizin əlverişli işgüzar mühiti, qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı istiqamətləri haqqında məlumat verilib, birgə fəaliyyət üçün geniş potensial diqqətə çatdırılıb.
Tərəflər yaşıl enerji, infrastruktur və sənaye sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib