Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının yeni mərhələdə daha da dərinləşdirilməsi və ortaq layihələrin reallaşdırılması imkanları müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Trendyol Group” şirkətinin prezidenti Çetin Çağlayan ilə görüşüb.
Bildirib ki, ölkəmizdə aparılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına, rəqəmsal iqtisadiyyatın sürətlə inkişafına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır.
Görüşdə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, elektron ticarətin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və logistik infrastrukturun gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər həmçinin, Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının yeni mərhələdə daha da dərinləşdirilməsi və ortaq layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçiriblər.
Görüş qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib