Braziliyanın neft, təbii qaz və bioyanacaq üzrə katibi ilə görüşdə enerji, mədənçilik, mineral emalı kimi sahələrdə tərəfdaşlıq potensialı dəyərləndirilib.
Braziliyada səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu ölkənin Mədənlər və Energetika Nazirliyinin neft, təbii qaz və bioyanacaq üzrə katibi Renato Dutra ilə görüşüb.
Görüşdə Azərbaycanın işgüzar mühiti, energetika sahəsində həyata keçirilən mühüm islahatlar və hədəflər, ölkəmizin bir sıra ölkələrlə birgə tərəfdaş olduğu beynəlxalq investisiya alətləri barədə məlumat verilib, tərəfdaşlıq imkanları qeyd edilib.
Tərəflər enerji, mədənçilik, mineral emalı kimi sahələrdə əməkdaşlıq potensialı haqqında fikir mübadiləsi aparıb, o cümlədən iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə razılığa gəlib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib