Asiya İnkişaf Bankının icraçı direktoru ilə görüşdə ölkəmizdə iqtisadi şaxələndirmə, özəl sektorun inkişafı, yaşıl artım və digər məsələlərə dair tərəfdaşlıq müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru Reyçel Tompson ilə görüşüb.
Görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən AİB ilə əlaqələrə önəm verdiyi vurğulanıb. Bankla tərəfdaşlıq çərçivəsində icra olunan layihələrin ölkəmizin iqtisadi inkişafına töhfə verdiyi qeyd olunub.
Dünyada baş verən proseslər fonunda Azərbaycanda iqtisadi islahatlar və əldə edilən nəticələr, əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar, reallaşdırılan layihələr barədə məlumat verilib, Bankla işbirliyi imkanları diqqətə çatdırılıb.
Tərəflər ölkəmizdə iqtisadi şaxələndirmə, özəl sektorun inkişafı, vergi islahatları, yaşıl inkişaf və digər məsələlərə dair əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib