İqtisadiyyat Nazirliyində Uqandanın xarici işlər üzrə dövlət naziri ilə keçirilən görüşdə qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişafı müzakirə edilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba ilə görüşüb.
Görüşdə hər iki ölkənin qarşılıqlı ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb. İqtisadi münasibətlərin genişləndirilməsi, işbirliyi və investisiya imkanlarının araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Enerji, kənd təsərrüfatı, mineral ehtiyatlar sahəsində birgə fəaliyyət imkanları, o cümlədən işgüzar dairələr arasında əlaqələrin qurulması məqsədilə birgə tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib