“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlərdə onların fərdi inkişaf planları, peşəkar səriştələrinin artırılması barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.
Görüşlərdə qaliblərin peşəkar karyera məqsədləri və inkişaf planları müzakirə edilib, şəxsi və peşəkar inkişafla bağlı sualları cavablandırılıb. Mentorluq proqramı çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.
İqtisadiyyat naziri qaliblərə bilik və bacarıqlarının artırılması, potensiallarının reallaşdırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib