İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri başa çatıb.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən və 2 ay davam edən turnirdə 28 komanda mübarizə aparıb.
Final görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası qalib gəlib. 2-ci yerin sahibi KOBİA, 3-cü Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər komandaları olub.
Çempionatda fərqlənən idmançılara və komandalara fəxri fərman, çempionatın qalibinə isə kubok təqdim edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib