İqtisadiyyat Nazirliyi tərəfindən Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların media sahəsində çalışan mütəxəssisləri üçün mütəmadi olaraq təlimlər keçirilir. Bu cür təlimlərdən biri Nazirliyin kommunikasiya strategiyası üzrə fəaliyyət istiqamətləri ilə bağlı təşkil olunub.
Təlimdə qurumun fəaliyyət istiqamətləri üzrə maarifləndirici materialların, həmçinin yenilik və dəyişikliklərin ictimaiyyətə çatdırılması üçün tələb olunan şərtlər diqqətə çatdırılıb, müvafiq istiqamətdə bilik və bacarıqların artırılması ilə bağlı tövsiyələr verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, təkliflər müzakirə edilib.
Sentyabr 29, 2026 19:35
Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısına ev sahibliyi edəcək
Sentyabr 29, 2026 16:14
Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq