Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət-özəl tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə MÜSABİQƏ elan edir
“Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli 691-VIQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Sumqayıt şəhərində illik istehsal gücü 100 (67) milyon m3 olan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi və idarə edilməsi üçün potensial investorları müsabiqədə iştirak etməyə dəvət edir.
Layihənin təsviri və müsabiqənin şərtlər toplusunun qısa məzmunu :
Müsabiqə prosesinin əsas tarixləri
Müsabiqənin əsas mərhələləri |
Tarix(müddət) |
Müsabiqənin elan edilməsi |
15.11.2023 |
Müraciətlərin qəbulu |
15.11.2023 - 06.12.2023 |
İlkin ixtisas qiymətləndirilməsi müddəti Date |
11.12.2023 |
Əraziyə baxış və sorğuların qəbulunquiries submission |
From [●] till [●] |
Müsabiqə ərizələrinin qəbulu üçün son tarixDate |
29.04.2024 |
Müsabiqə sənədlərinin yoxlanılması və Qiymətləndirmə hesabatının imzalanması id Review and Evaluation Report Signing Date |
05.07.2024 |
DÖT Layihəsi Müqaviləsinin Yekunlaşdırılması |
From [●] till [●] |
DÖT layihəsi üzrə müqavilənin imzalanması |
Qalibin elan olunmasından sonar 6-8 ay ərzində announcement of Successful Bidder |
Layihə üzrə dövlət dəstəyi və təminatlar:
Dövlət-özəl tərəfdaşlığı layihəsinə təşviq tədbirləri, vergi və gömrük güzəştləri, suyun alışı və dəyərinin ödənişi üzrə öhdəliklər, müqavilədə qeyd olunan valyuta və elektrik enerjisinin qiyməti ilə bağlı təminatlar şamil edilir.
Dövlət tərəfdaşı:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
Müraciət tarixi və iddiaçılara dair tələblər:
Potensial investorlar layihədə iştirak məqsədi ilə 2023-cü ilin 15 noyabr tarixində saat 10:00-dan etibarən ixtisas qiymətləndirilməsi üçün “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun 11-ci maddəsi ilə nəzərdə tutulan sənədlər barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet portalından (www.portal.economy.gov.az) əldə edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şirkət azdesalppp@economy.gov.az poçt ünvanı ilə layihəyə dair niyyətini bildirməlidir. Daha sonra müsabiqə sənədlərinə daxil olmaq və müraciət sənədlərini təqdim etmək üçün rəsmi internet portalına (www.portal.economy.gov.az) giriş imkanı əldə edəcəkdir (istifadəçi adı və şifrə).
Müraciət forması barədə:
www.portal.economy.gov.az -a 2 qovluq daxildir:
Müsabiqədə iştirak müraciət forasını təqdim etmək üçün hər bir istifadəçi tələb olunan materialları “Müsabiqəyə müraciətin təqdim edilməsi” qovluğuna yükləməli və təqdim olunduğunu təsdiq etmək üçün azdesalppp@economy.gov.az ünvanına məlumat göndərməlidir. Müsabiqədə iştiraka dair müraciətlərini təqdim etməyən iddiaçılar tender prosesində iştirak etmək hüququ imkanı əldə etməyəcəklər.
Müsabiqə və layihə ilə əlaqədar əlavə suallar yarandığı təqdirdə aşağıda qeyd olunan şəxslərlə əlaqə saxlanılması tövsiyyə olunur:
Zaur Məmmədov – İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin Sənaye siyasəti sektorunun müdiri
Tel: (+994 12) 310 28 00 (daxili: 24 73)
Mob: (+994 50) 406 74 77
Əmrah Qarayev – İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin aparıcı məsləhətçisi
Tel.: (+994 12) 310 28 00 (daxili: 21 32)
Mob: (+994 70) 597 99 97
Müraciət üçün son tarix
6 Dekabr 2023-cü il saat 18:00 (Azərbaycan vaxtı ilə).