Azərbaycanın iqtisadiyyat nazirinin Qazaxıstan Prezidentinin müşaviri ilə görüşündə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşüb.
Görüşdə vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələrin müxtəlif istiqamətər üzrə inkişafına xüsusi önəm verir. İkitərəfli iqtisadi əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlər, imzalanmış sənədlər, keçirilən tədbirlər mühüm rol oynayır. Bununla yanaşı, ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan-Qazaxıstan iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi xüsusilə önəm kəsb edir. İnvestisiya mühüm əməkdaşlıq istiqamətləri sırasında yer alır. Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 150-dən çox Qazaxıstan investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.
Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur