Müsahibə 07-01-2019

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.

Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd 4 yanvar 2019-cu il tarixdən 4 fevral 2019-cu il tarixədək “Dövlət qulluğu üzrə müraciət Forması”nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin internet portalına daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.