Qrant müqavilələri

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3 cü bəndinə əsasən qrant müqavilələrinin (qərarlarının) qeydə alınması kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyinin “economy.gov.az” rəsmi informasiya ehtiyatında qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı elektron xidmət (https://e services.economy.gov.az/qrantlar/qrantForm.aspx) fəaliyyət göstərir. İstifadəçilər həmin xidmət vasitəsilə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü il ərzində 49 qrant müqaviləsi (o cümlədən 15 sub-qrant müqaviləsi və 6 müqavilədə dəyişiklik), 2024-cü ilin yanvar-mart ayları ərzində isə 13 qrant müqaviləsi (o cümlədən 2 müqavilədə dəyişiklik) qeydə alınmışdır.

Qrafik 1. Ayrılmış qrant vəsaitlərinin sahələr üzrə bölgüsünün ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisəsi.