Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi

Təşkilatın adı

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi

Təşkilata dair ümumi məlumat

· Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılmışdır.

· 28.05.1999-cu il tarixindən etibarən isə Türkiyə Respublikasının Nazirlər Kabinetinə tabe edilmişdir.

  • 22.04.2019-cu ildən Serkan Kayalar təşkilata rəhbərlik edir.

· TİKA-nın dünyanın 48 ölkəsində 50 Əməkdaşlıq Ofisi fəaliyyət göstərir.

· Eyni zamanda, dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir.

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

· Təşkilatın Bakı Proqram Koordinasiya Ofisi 1994-cü ildən etibarən fəaliyyət göstərir;

· Ofisə 01.01.2024-cü il tarixindən Fuat Erdoğmuş rəhbərlik edir.

· Layihələr birdəfəlik əsasda kiçik həcmli yardımlar formasında həyata keçirilir və kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, texniki, sosial, mədəni və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verilir.