Бизнес инкубатор

  • Обновлено 29.03.2018 17:47
  • Создано 29.03.2018 17:45

Qərbi Kaspi Universiteti Texnoparkı

 

Qərbi Kaspi Universiteti 2017-ci ilin sentyabr ayında universitet nəznində texnopark yaratmışdır. Texnoparkın fəaliyyət məqsədi universitet tələbələrinin və kənardan gələ biləcək insanların innovativ biznes ideyalarına dəstək olmaq, onların investorlar qarşına çıxarılması üçün müəyyən səviyyəyə gəlib çıxamağa dəstək verməkdən ibarətdir. Bunun üçün Qərbi Kaspi Universiteti Texnoparkı tam təchizatlı biznes-inkubasiya mərkəzi, məhsul istehsalı üçün elektronika laboratoriyası yaratmış və təkraremal və bərpa texnologiyaları sahəsində layihələr həyata keçirmək üçün A.R. İqtisadiyyat Nazirliyinin Balaxanı Sənaye Parkında müəssisənin yaradılması üçün ilkin işlərə başlamışdır.  

Hazırda universitetin nəznində yaradılmış texnoparkın biznes-inkubasiya mərkəzində tələblərdən və kənardan gələn insanlardan ibarət bir neçə startap layihə çalışmaqdadır. Həmin layihələrdən biri A.R. Təhsil Nazirliyinin həyata keçirdiyi elektron təhsil müsabiqəsində 1-ci yerə çıxmış, digərləri isə Startap Günləri müsabiqəsində iştirak etmiş və finalda 1, 2 və 3-cü yerləri bölüşmüşlər.

Əlaqələndirici şəxs:

Kamran İmaməliyev

Qərbi Kaspi Universiteti Texnoparkının direktoru

Mob: +994 55 722 21 24

Email: kamran.imamaliyev@wu.edu.az

URL: www.wcu.edu.az

← Назад