2013

  • Обновлено 10.02.2014 07:01
  • Создано 02.05.2013 10:02

2013-cü ildə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə

ticarət əlaqələri

 

2013-cü ildə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ticarət dövriyyəsinin həcmi 2.179,76 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 823,02 mln. ABŞ dolları, ixracın həcmi 1.356,74 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 533,72 mln. ABŞ dolları olmuşdur.
2013-cü ildə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 6,28 faiz, o cümlədən idxalda 7,68 faiz, ixracda isə 5,66 faiz təşkil etmişdir.
2012-ci illə müqayisədə, 2013-cü ildə Almaniya Federativ Respublikası ilə ticarət dövriyyəsi 24,94 faiz, o cümlədən ixrac 40,63 faiz, idxal isə 5,54 faiz artmışdır.

Almaniya-2013

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

← Назад