http://www.economy.gov.az/faq?page=4

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyin rəsmi saytı

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

Sual-cavab

Arif - 08.12.2012

Sual: Mən ali təhsilliyəm. İqtisadi İnkişaf Nazirliyində hər hansı bir işlə təmin oluna bilərəmmi?

Cavab: "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsinə müvafiq olaraq inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir. Əlavə məlumat üçün Komissiyanın rəsmi internet saytını (www.dqmk.gov.az) izləyə və aşağıda göstərilən telefon nömrələrinə zəng edə bilərsiniz: tel: (+99412) 465 87 93; (+99412) 465 87 97.