2009-2013-cü illərdə regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı

  • Created 27.09.2012 09:52
  • Updated 27.09.2012 09:52
  • Published 27.09.2012 09:52


AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ

SƏRƏNCAMI

 

Masallı rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Masallı rayonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) uğurla yerinə yetirilir. Qısa müddət ərzində rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, yeni təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmişdir.
Əhalini narahat edən sosial əhəmiyyətli problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Masallı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2012-ci il.

← Back