Biznes inkubator

  • Yenilənib 04.04.2018 16:50
  • Yaradılıb 03.04.2018 17:10

Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzi

 

2014 - cü ilin fevral ayında Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlamışdır. Müasir memarlıq üslubunda dizayn edilmiş Biznes inkubator 24 saat fəaliyyət göstərən iş şəraiti ilə təmin edilmişdir. “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin dəstəyi ilə həyata keçirilən layihələr yerli və xarici müsabiqələrdə bir çox nailiyyətlər qazanmışdır.

Əlaqələndirici şəxs, əlaqə nömrəsi və elektron poçt ünvanı

Ayan Kərimova

012 310 14 00 (2123)

ayan@hightech.az

İnkubasiya Mərkəzinin yaradılmasında məqsəd və iş prinsipi 

Gənclərin ideyalarının dəstəklənməsi, innovativ ideyalar bazasının formalaşdırılması, həmçinin innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və təkmilləşdirilməsi məqsədilə Yüksək Texnologiyalar Parkında Biznes İnkubasiya Mərkəzi yaradılıb.

Qəbul olunan startaplar üçün dəstək növləri

  • 24/7 lazımi iş şəraiti ilə təmin olunması, mühafizə xidməti;
  • Bütün ərazidə yüksək sürətli internet;
  • Yerli və xarici mütəxəssislərdən biznes, liderlik, texniki,HR, hüquq; mühasibatlıq və digər tədris proqramları;
  • Yerli və xarici biznes mentorlardan Mentorluq proqramları;
  • Tədbirlərin/seminarların/təlimlərin/tədrislərin/sərgilərin/vebinarların təşkili;
  • İnvestisiyayönümlü tədbirlərə/sərgilərə yönləndirilməsi;
  • Yerli və xarici investorlarla görüşlərin təşkili;
  • Beynəlxalq tədbirlərdə iştiraklarına dəstək olunması;
  • Xarici ölkələrdə keçirilən tədbirlərdə, seminarlarda, təlimlərdə, tədrislərdə, sərgilərdə iştiraklarına dəstək olunması.

Seçim kriteriyaları, seçim prosesi və sektorlar

Əsas kriteriyalarlayihələrin innovativ və texnologiya yönümlü olmasıdır. Layihələrin qəbulu üzrə Komissiya layihələrin seçimini və qəbulunu aparır.

← Geriyə