Biznes inkubator

  • Yenilənib 24.04.2018 14:46
  • Yaradılıb 29.03.2018 17:25

“Youth İnc”  İnkubasiya Mərkəzi

 

“Youth Inc.” Sahibkarlıq Proqramı 2013-cü ildə “Coca-Cola” şirkətinin, Gənclər və İdman Nazirliyinin və DVC təşkilatının tərəfdaşlığı ilə rəsmi fəaliyyətə başlamış və 2015-ci ildə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi yaradılmışdır. “Youth Inc.”in aktiv fəaliyyət göstərdiyi illər ərzində Proqram məzunları 16 müxtəlif biznes-layihələr həyata keçirib, 35 startap dəstəklənib və 7 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib. Proqram “JEUNE” və “INBIA” təşkilatlarının üzvüdür.  Həmçinin Amerika – Azərbaycan Ticarət Palatası, “Global Shapers Community” ilə beynəlxalq əməkdaşlıq edən Proqram, “Qlobal Sahibkarlıq Konqresi”nin Azərbaycanda ekslüziv nümayəndəsidir.

“Youth Inc.” Sahibkarlıq Proqramı “Youth Inc. Biznes akademiyası” Akselerasiya proqramının, “Shaping Davos”, “Start and Up” kimi bir sıra beynəlxalq və ölkə səviyyəli layihələrin təşkilatçısı və tərəfdaşı olmuşdur. Proqram “İdeya Qazandı” TV şousunun tərəfdaşıdır. Kiçik və orta sahibkarlığın inkişafına, o cümlədən ölkə iqtisadiyyatının yüksəldilməsində xüsusi rol oynayan “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi sahibkarlara 20 nəfərin eyni vaxtda işləməsi üçün nəzərdə tutulmuş 165 kv. metr sahəli ofis məkanı və ləvazimatlar ilə yanaşı, müvafiq infrastruktur, maliyyə və investisiya, şəbəkələşmə, təlim-tədris proqramı, brendinq kateqoriyaları üzrə unikal xidmətlər təklif edir. Həmçinin “Youth Inc.” BİM-in uğurlu startapları investorlara çıxış əldə edərək, biznesdə növbəti mərhələyə yüksəlirlər.

Əlaqələndirici şəxs: Ələkbər Mustafayev-layihə rəhbəri,

telefon: +994 50 262 95 59,

email: alekber.mustafayev”youthinc.az

www.youthinc.az

← Geriyə