Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamlar

  • Yenilənib 04.05.2018 14:57
  • Yaradılıb 02.02.2018 19:50

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş və Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq, təhsil müəssisələrinin maddi-texniki təminatı ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə müxtəlif şəhər və rayonlarda 3000-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:

1. Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 870 000 (altı milyon səkkiz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2018-ci il.

 

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 2 fevral tarixli
Sərəncamına Əlavə

Sıra  №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Xaçmaz rayonu Alıcqışlaq kənd  96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

2

Xaçmaz rayonuQaracəlli kənd  96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

3

Xaçmaz rayonu Cığatay kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

285 000

4

Xaçmaz rayonu Ərəb kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

260 000

5

Quba rayonu Nütəh kənd  20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

6

Quba rayonu Cimi kənd 80 şagird yerlik modul tiplitam orta məktəbin quraşdırılması

390 000

7

Quba rayonu Dərk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

8

Quba rayonu Rük kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

9

Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli  ibtidai məktəbin quraşdırılması

260 000

10

Quba  rayonuÇarxaçı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

11

Quba  rayonu Qarxun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

12

Quba  rayonu Zıxır kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

330 000

13

Qusar rayonu Ləcət kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

14

Qusar rayonu Zindan-Muruq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

15

Qusar rayonu Yeni Həyat kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

16

Qusar rayonu Yuxarı Tahircal kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

17

Şabran şəhər 1 nömrəli 80 şagird yerlik  modul tipli  ümumi orta məktəbin quraşdırılması

390 000

18

Şabran rayonu Xəlfələr kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

19

Şabran rayonuQazbabalı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

20

Siyəzən rayonu Qalaaltı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

180 000

21

Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

22

Xızı rayonu Xələc kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

 

Cəmi

6870 000

 

← Geriyə